Ramil BAYRAMOV
Ramil BAYRAMOV  
  Ana Sayfa
  Haber
  Sevgi Sözleri
  Arıxlı Köyü'nün Tanıtımı
  Azerbaycan'ın Tanıtımı
  Top liste
Arıxlı Köyü'nün Tanıtımı
Coğrafi mövqeyi: Xram çayının sağ sahilində, Marneuli-Bolnisi avtomobil yolunun kənarında, rayon mərkəzindən 15 km gündoğarda, dəniz səviyyəsindən 420 m hündürlükdə yerləşir.
Toponimi: Toponimika mütəxəsislərinin izahatına görə, Oğuzun vəziri Ata Eriklin, qıpçaqların Arıq tayfasının, Orta Asiyada Qıpçaq-Qaraqalpaqlarda indi də mövcud olan Arıq qövmünün adını əks etdirə bilər. (Xatırladaq ki, XVI-cı əsrdə səlnaməçi Şəmsəddin Bitlisi Gürcüstanda Arux tayfası haqqında danışıb).
Kənd yaxınlığında bir neçə arxeoloji məskən aşkarlanıb. Eramızdan əvvəl V-IV-cü minilləri əhatələyən məskəndə tökmə palçıqdan dairəvi möhrədamlar, maralın şaxəli buynuzundan naxışlı alət, çınqıldan günəşə, aya bənzər biçimdə qadın-ana başı heykəlciyi, gildən öküz heykəlciyi, eramızdan əvvəl III minildə yayaılmış Kür-Araz arxeoloji mədəniyyətinə aid məskəndə çınqıldan insan sifəti təsvirli fiqur aşkarlanıb. Miladdan əvvəl II-I minillərə və eramızdan əvvəl IX-VII yüzillərə şamil olunan məskəndə, Quzeyindəki qayalı yarğanda tapılmış tuncdan ox ucları, sümük və dəmir üzəngiləri, tunc bıçaq uclarını gürcü mütəxəsisləri o vaxtlar buralarda türkdilli Bozər, sak aşirətlətinin burada yayaılmağı ilə aəaqələndrib, bu maddi mədəniyyət abidələrinin bir qismini sak tipli hesab ediblər. Kənddə X-XIII əsrlərə aid üzə çıxarılmış ikipəncərəli ibadət ocağı, onun içində quyu məzar, daş sanduqə tabutlar, səkkiz otaqlı yaşayış binasının , açıq hamamın qalıqları, cürbəcür çoxrəngli və sadə saxsı qablar əhəmiyyətkidir; Gürcü arxeoloqları (Manana Sinauridze ve b) belə qənaətə gəliblər ki, həmin yerdə şəhər var imiş, çayın yüksək qayalı sağ sahilində qəsr, aşağıda hər iki sahildə yaşayış məskənləri yerləşirmiş; kilsə də, məzarda, başqa arxeoloji örnəklərdə qıpçaq tiplidir.
Əhalisi: 1870-ci ildə 137 ailədə 918 nəfər, 1918-ci ildə 1588 nəfər, 1926-cı ildə 306 ailədə 1585 nəfər, 2002-ci ildə siyahıya almanın nəticəsinə görə 1313 ailədə 4876 nəfər (2407 kişi, 2469 qadın), 2006-cı ildə 1357 ailədə 4942 nəfər.
Maarif: Məktəb 1901-ci ildən fəaliyyətdədir. Hal-hazırda orta məktəb (2005-də 30 sinifdə 772 şagird) onun banisi Qori seminariyasnın məzunu Hüseyn Əfəndiyevin adını daşıyır.
El məşhurları, el qəhramanları: Alı ağa(IXX əsr), Koxalı Hacıxalıl ağa
Qori seminariyasnın məzunları: Siracəddin, ZiyəddinBahəddin Əfəndiyevlər. Şairə Xınalı Xanım
BORCHALI  
  Borçalı - tarixi mahal. Gürcüstanın cənub-şərq və Ermənistanın şimal-qərbində yerləşən Borçalı mahalının ərazisi, əsasən, dağlıq, üçdə biri isə düzənlikdir. Borçalıda ən əski çağlardan bəri Türk boyları yaşamış, bu torpaqların yiyəsi olmuşlar.

Geniş yay və qış otlaqları olan Borçalıda maldarlıq, taxılçılıq, bostançılıq, bağçılıq, ipəkçilik inkişaf etmişdir. Türkün gücdən düşdüyünü düşünən yağılar Borçalıya zaman-zaman hücum çəksələr də Borçalı Azərbaycanın bir hissəsi olmuşdur. XVIII yüzilin başlarında Borçalı Gəncə bəylərbəyliyinin tərkibində idi. Bəylərbəyi Ziyadoğlu 1736-cı ildə Muğanda Nadirqulu xanın şah elan olunmasına qarşı çıxdığı üçün Nadir şah kimi tanındıqdan sonra Ziyadoğluları cəzalandırmaqdan ötrü Borçalını Gəncə bəylərbəylərindən alaraq gürcü Kartli-Kaxeti çarına hədiyyə edib. XVIII yüzilin ortalarında Azərbaycan xanlıqlara, sultanlıqlara bölündüyü vaxt Borçalıda da sultanlıq elan olundu. XIX yüzilin ortalarında Borçalı mahalı qəzaya çevrildi. Azərbaycanda 1918-ci ildə Xalq Cümhuriyyəti yaradıldıqdan sonra Borçalı Gürcüstanla Azərbaycan arasında mübahisəli əraziyə çevrildi. Rus-Sovet işğalından sonra da ədalət bərpa edilmədi və Borçalı Gürcüstana qatıldı. 1929 - cu ildə qəza ləğv edilərək 3 yerə bölündü: Borçalı, Lüksemburq (Bolnisi), Başkeçid (Dmanisi).

Borçalı Güney Qafqazda ən qədim insan məskənlərindən biridir. Bu torpağın ilk sakinləri bizim ulu dədələrimiz olub. Bu ulu dədələrimizin mübarək ismi bu mübarək torpağın adında yaşayır. "Borçalı" sözü bir çoxlarının ehtimal etdikləri kimi "Börüçala" , "Borçala", "Boşçala" kəlmələrindən yox, bu torpağın ilk sahibləri Barsillər-Boroçoğluları qaparaq türklərin adından götürülmüşdür. Bu o qarapapaqlardır ki, miladdan öncə bu torpaqlara həyat gətirmiş, tarixdə oğuz, qıpcaq, tərəkəmə, yöruq adlarıyla Doğu Anadolunun da ilk sahibləri olaraq tanınmışlar. Sonralar orta yüzillərdə Malazgirt qəhrəmanı uku öndər Alp Arslanın komandanlığı ilə bu yerlərə yürüş edən səlcuqlar özləri ilə eyni dildə danışan yerli xalqa - Borocoğlularıyla qaynayıb qarışsa da, torpaq əski sahiblərinn şərəfinə öz adını qoruyub saxlamışdır. Bu tarixi həqiqəti göz önüdə tutmayan və ya qəsdli olaraq tutmaq istəməyən tarixçilər ağına-bozuna baxmadan bizim bu torpaqlarda məskunlaşma tariximizi X-XI, ya da XVII yüzildən hesablayırlar. Hələ biz onu demirik ki, yenə bu torpaqlarda Borocoğlularıyla yan-yana buğa türklər, bun türklər, gögərlər (gürcülər qoqari, ermənilər quqark deyirlər) yaşamışlar və bunların hamısı bugünkü Azərbaycan türklərinin soykökündə (etnokenezində) özlərinə möhkəm yer tutublar.

Borçalı Oğuz türklərinin çox qədimdən məskən saldığı bir bölgədir. Əsrlər boyu gürcülər və azərilər bu gözəl diyarda mehriban qonşuluq, dostluq şəritində yaşayıblar. Müxtəlif ictimayi quruluşlarda Borçalı yadelli işğalçıların, qəsbkar şahların ardı-arası kəsilməyən hücumlarına məruz qalıb. Zəngin mədəniyyəti, döyüşkən ruhu olan borçalılar qanlı döyüşlərdə çox vaxt qalib gəlmiş, məğlub olanda belə torpağı, vətəni qoyub başqa bölgəyə köçməmişlər. Bu gün Borçalının müxtəlif yerlərində tarixin yaddaşını qoruyub saxlayan böyük tarixi dəyərə malik olan qalalar mövcuddur. Arxeoloji araşdırmalar nəticəsində alimlər müəyyən ediblər ki, Borçalıdakı qalaların bəziləri "Kitabi Dədə-Qorqud" dastanlarındakı qalalardır. Borçalının coğrafi mövqeyinin əhəmiyyəti bir də onunla şərtlənir ki, burdan birbaşa Türkiyəyə çıxış yolu- keçid var. Borçalının ən ucqar dağ rayonu Başkeçiddir. Başkeçid Türkiyəyə kedən yolun başkeçididir. Tarix boyu bu keçiddən həm osmanlı, həm də azəri türkləri istifadə edib. Çar hökumətinin təzyiqlərinə məruz qalan, arxalı erməni quldurlarının aramsız hücumları nəticəsində öz dədə-baba torpağından məcburi şəkildə çıxarılan qarabağlıların böyük bir hissəsi də yaxınlığında Türkiyə dövləti yerləşən Borçalıya köçməyə məcbur olublar. Ona görə də, bu gün Borçalının hər bir kəndində qarbağlılar nəsli yaşayır.

Borçalı həm də Qarbağdır, Naxçıvandır, Şirvandır, Gəncəbasardır, İrəvan xanlığıdır. Çünki bu bölgələrin hamısının Borçalıda nümayəndələri yaşayır. Uzun əsrlərin sınağından həmişə üzüağ, alnıaçıq çıxan borçalılar sovet hakimiyyəti dağılandan sonra çətin günlərini yaşamağa başladılar. Millətçi Qamsaxurdiya hakimiyyəti yarım milyondan çox azərbaycanlıları kompakt şəkildə yaşadıqları dədə-baba torpağından məcburi qaydada çıxarmağa başladı.

Təbii fəlakətdən zərər çəkən svanları kütləvi şəkildə həmin bölgəyə köçürdülər. Onlar üçün Borçalının azərbaycanlılar yaşayan rayonlarında yeni qəsəbələr saldılar, pulsuz ev və torpaq sahəsi verdilər. Özlərini də avtomatla silahlandıraraq azərilərin üstünə saldılar. Neçə-neçə soydaşımız svanların hücumuna məruz qalaraq öldürüldü. Qatillər isə cəzasız qalaraq öz əməllərini davam etdirirdilər.

Daha Borçalıda yaşamağın mümkün olmadığını görən yerli əhali kütləvi şəkildə Azərbaycana və Rusiyaya köç etdilər. Beləliklə qısa müddət ərzində on minlərlə azərbaycanlı Borçalını tərk etdi. Bu gün tam qətiyyətlə demək olar ki, Borçalı azərilərini tam şəkildə deportasiyadan ümummillli liderimiz Heydər Əliyev xilas etdi. O yenidən hakimiyyətə gələndən sonra Gürcüstan prezidenti E. Şeverdnadze ilə köhnə dostluğundan istifadə edərək Azərbaycan və Gürcüstan dövlətləri arasında yeni dostluq münasibətləri yaratdı və bu əlaqələri sivil müstəviyə keçirdi.

Lakin bu gün üçün Borçalı azərbaycanlılarının problemsiz yaşayışı haqqında danışmaq mümkün deyil. Kənd təsərrüfatının üstünlük təşkil etdiyi bu bölgədə soydaşlarımızın torpaq və bir çox problemləri mövcuddur. Bu səbəbdən də bu günümüzdə Borçalı eli kütləvi şəkildə köç edir.
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol